“Avroviziya”da qalibi olan ölkənin ev sahibliyi əlindən alına bilər

“Avroviziya”da qalibi olan ölkənin ev sahibliyi əlindən alına bilər Sosial

Avropa Yayım Birliyi (EBU) “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib.

News24.az xəbər verir ki, yeni qaydalara əsasən, qalib ölkə növbəti müsabiqəyə ev sahibliyi etmək hüququnu itirə bilər.

Yeni qaydalara görə, qalib ölkənin yayım şirkəti silahlı münaqişə, gərgin geosiyasi vəziyyət və ya digər hallar ölkənin və ya qonşu regionun təhlükəsizliyinə və sabitliyinə ciddi təsir göstərərsə, müsabiqəyə ev sahibliyi etmək hüququndan avtomatik məhrum ediləcək.

Zərurət yaranarsa, EBU qalib ölkədə təhlükəsizlik vəziyyətinin müstəqil qiymətləndirilməsini tələb edə bilər. Qiymətləndirmənin nəticəsi mənfi olarsa, müsabiqənin təşkili üçün alternativ yayım şirkəti təyin ediləcək.

Yeni təşkilatçı müsabiqəni qalib ölkənin adından deyil, müstəqil şəkildə keçirəcək.

Qeyd edək ki, “Avroviziya”nın finalı mayın 16-da Vyanada keçirilib.

Müsabiqənin qalibi Bolqarıstan olub.

Mahnını Rusiyanın Xalq artisti Filip Kirkorovun yaratdığı “Drim Tim” komandası hazırlayıb.