Axşam saatlarında başlayıb 24 saat davam edəcək
Sosial
Yer kürəsində geomaqnit pozuntuları və maqnit qasırğaları noyabrın 17-si axşam saatlarından etibarən başlaya bilər.
News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumata görə, bu prosesin 24 saata qədər davam edəcəyi gözlənilir.
Geomaqnit pozuntularının baş vermə ehtimalı təxminən 90 faizdir.
Mütəxəssislər bildirirlər ki, gözlənilən təsir zəif xarakterli ola bilər və ciddi nəticələrə səbəb olmaya bilər.