AYNA sürücülərə xəbərdarlıq etdi - İstiqamət dəyişir!

AYNA sürücülərə xəbərdarlıq etdi - İstiqamət dəyişir! Sosial

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (“Piramida” tərəfi) yaxınlığında yaxın günlərdə hərəkət istiqamətləri dəyişdiriləcək.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ərazidə avtobusların ləngiməsinin qarşısını almaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Məlumata görə, digər nəqliyyat vasitələri isə yeni hərəkət sxeminə uyğun olaraq Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində xəritədə göstərilən trayektoriya üzrə hərəkət edə biləcəklər.

AYNA sürücülərə dəyişiklikləri nəzərə almağı və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edib.