AZAL Dubaya uçuşları bərpa edir

AZAL Dubaya uçuşları bərpa edir Sosial

Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.

News24.az bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamaya istinadən xəbər verir.

Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.