AZAL-da yeni təyinat həyata keçdi
Sosial
AZAL-ın daxili və xarici kommunikasiyalar şöbəsinə yeni rəhbər təyin olunub.
News24.az xəbər verir ki, qurumun daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbərliyi Aynurə Səmədovaya həvalə edilib.
Bu postda o, Fərid Hüseynovu əvəzləyib. Hüseynovun isə fəaliyyətini AZAL daxilində fərqli bir vəzifədə davam etdirəcəyi bildirilir.
A.Səmədova bu təyinata qədər “PAŞA Həyat” sığorta şirkətində korporativ kommunikasiyalar üzrə baş mütəxəssis statusunda çalışıb./Yeni Sabah/