Azər Əhmədov vəzifəsindən azad edildi
Sosial
TƏBİB-ə yeni sədr təyinatından sonra bu qruma tabe olan tibb müəssisələrində kütləvi kadr dəyişiklikləri aparılır.
News24.az xəbər verir ki, bu gün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov da vəzifəsindən azad olunub.
Qeyd edək ki, Azər Əhmədov Türkiyədə təhsil almış uzman həkimlərdəndir. O, Azərbaycanda ən yaxşı uşaq həkimlərindən biri kimi tanınır. (Gununsesi.info)