Azərbaycan diasporunun rəhbəri AXTARIŞA VERİLDİ
Sosial
"Azərbaycan-Ural" ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib: telefonu götürmür və mesajlara cavab vermir, lakin səfirliyin ərazisində ola bilər.
Publika.az xəbər verir ki, bu barədə E1.RU-ya məlumatlı mənbə bildirib və məlumatı ictimai xadim Vidadi Mustafayev də təsdiqləyib.
"İlkin məlumata görə, o, Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən mehmanxanada gizlənə bilər. Telefonu götürmür və əlaqə saxlamır, ona görə də axtarışa verilib (təhlükəsizlik orqanları bu məlumatı hələlik rəsmən təsdiqləməyib). Bu, standart prosedurdur", - Mustafayev bildirib.
Mütvəlinin həbsindən sonra atasının gizləndiyi barədə məlumat yayılıb. Onun barəsində Moskvada həmin maddə ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi) cinayət işi açılıb. O, təhlükəsizlik əməkdaşını vuran oğlu ilə birlikdə avtomobildə olub. İlkin versiyaya görə, oğluna geri qayıtmaq əmrini məhz Şahin verib.
İyulun 16-da Şahin Şıxlinskinin oğlu Mütvəli Yekaterinburqda həbs edilib. O, iki ay həbsdə qalacaq. O, iyulun 15-də hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamı ilə saxlanılıb.