Azərbaycan Memarlıq və İnşaat Universitetində dezinfeksiya işləri aparıldı

Azərbaycan Memarlıq və İnşaat Universitetində dezinfeksiya işləri aparıldı Sosial
Azərbaycan Memarlıq və İnşaat Universitetində dezinfeksiya işləri aparılıb. 

Universitetdən News24.az-a verilən məlumata görə, koronavirusla əlaqədar martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Nazırlər Kabineti yanında operativ qərargahın verdiyi bu qərar yoluxma hallarının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi daşıyır.
Həmin qərara əsasən, bu gündən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrasına başlanılıb. Bakı Şəhər Dezinfeksiya Stansiyasının Yasamal şöbəsinin əməkdaşları Universitetin bütün tədris korpuslarında – dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektləri və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparıblar.


Azərbaycan Memarlıq və İnşaat Universitetində dezinfeksiya işləri aparıldı Azərbaycan Memarlıq və İnşaat Universitetində dezinfeksiya işləri aparıldı Azərbaycan Memarlıq və İnşaat Universitetində dezinfeksiya işləri aparıldı