Azərbaycana readmissiya olunan şəxslərin sayı AÇIQLANDI

Azərbaycana readmissiya olunan şəxslərin sayı AÇIQLANDI Sosial

2026-cı ilin ilk 7 ayı ərzində 399 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, təkcə iyul ayında 93 şəxs ölkəyə readmissiya olunub.

Məlumata görə, readmissiya Azərbaycan Respublikasının imzaladığı və hazırda qüvvədə olan müvafiq sazişlər çərçivəsində həyata keçirilib.

Dövlət Miqrasiya Xidməti qeyd edib ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana readmissiya olunan 399 şəxsin hamısı Avropa ölkələrindən geri qəbul edilib. /Modern.az/