Azərbaycanda 16 ailənin razılığı ilə 85 orqan transplantasiyası həyata keçirilib

Azərbaycanda 16 ailənin razılığı ilə 85 orqan transplantasiyası həyata keçirilib Sosial

Azərbaycanda 2025-ci ilin fevral ayından indiyədək ümumilikdə 16 ailə vəfat etmiş yaxınlarının orqanlarının donor kimi istifadə edilməsinə razılıq verib.

News24.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil olunan maarifləndirici seminar çərçivəsində qeyd edib.

Onun sözlərinə görə, həmin şəxslərdən 85 orqan transplantasiyası həyata keçirilib: "Hal-hazırda isə ümumi 1500 insan donor transplantasiyası üçün növbə gözləyir. Ötən il İlk donor potensial dializ xəstəsi olub".