Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb - SN
Sosial
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb.
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, hadisələrdən 11.670-ı məlum heyvanlar (it, pişik), 11 108-i isə naməlum heyvanlar bağlı olub:
"Rəqəmlərin 85%-i it və pişiklərin payına, yerdə qalanı isə digər (canavar, çaqqal, at, inək, kirpi və s) heyvanların payına düşür. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var".