Azərbaycanda 40-dan çox şagirdi olan neçə sinif var?
Sosial
"Azərbaycanda 40-dan çox şagirdin olduğu siniflərin sayı çox azdır".
News24.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Binə, Xırdalan və Masazır ərazilərində sıxlıq daha çox olub, lakin yeni məktəblərin tikilməsi ilə bu problem həll edilib.
Emin Əmrullayev qeyd edib ki, bəzi ərazilərdə isə məktəb tikmək üçün yer yoxdur.
Nazir valideynlərin övladlarını bəzən evlərinə yaxın məktəblər əvəzinə müəllimlərə görə digər məktəblərə yerləşdirdiyini də deyib.
O vurğulayıb ki, məktəbdə problem ola bilər, lakin həmin məktəbi yaxşılaşdırmaq mümkündür.