Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu Sosial

Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.

News24.az xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar.

Ana Mirzəyeva Ülkər 39 yaşındadır. O, Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alacaq. Övladları Məryəm və Mövlud da yüksək bal toplayaraq qəbul imtahanlarında uğur qazanaraq tələbə adını əldə ediblər.

Qızı Mirzəyeva Məryəm 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mirzəyev Mövlud isə 570 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil alacaq.

Bununla da bir ailənin üç üzvü, ana, qız və oğul bu ildən etibarən ali təhsil yoluna birlikdə çıxacaqlar. Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Poladlı kənd orta məktəbindəir evdən üç universitetə üç tələbə yollanacaq.

Ülkər Mirzəyevanın 39 yaşında universitetə qəbul olması bəziləri üçün gec görünə bilər. Amma onun hekayəsi göstərir ki, təhsil üçün yaş həddi insanın öz arzularına qoyduğu sərhəddən başqa bir şey deyil. Bu ailənin həyatında ən gözəl məqam üç nəfərin eyni ildə tələbə olması ilə bitmir. Əsas məqam odur ki, ana övladlarına “oxuyun” deməklə kifayətlənməyib, özü də oxuyub. İndi Ülkər övladlarının tələbəlik sevincini bölüşməklə yanaşı, özü də universitet həyatı yaşayacaq./ Modern.az