Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər

Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər Sosial

Rəsmi məlumata görə, Azərbaycanda 4244 kənd mövcuddur. Bu yaşayış məntəqləri sakinlərinin sayına görə kiçik, orta və böyük olmaqla müxtəlif kateqoriyalara aid edilə bilər. Ancaq ən maraqlısı cəmi 1 nəfər sakini olan kəndlərin mövcudluğudur.

Bəs həmin kəndlər hansılardı?

News24.az xəbər verir ki, Dövlət Statistika Komitəsi modern.az-ın bununla bağlı sorğusunu cavablandırıb.

Komitədən bildirilib ki, hazırda Azərbaycanda üç belə kənd var.

Əhalinin 2019-cu ildə keçirlmiş siyahıyaalınmasının nəticələrinə görə, 1 nəfər sakini olan kəndlər aşağıdakılardı:

Neftçala rayonunun Kürdili kəndi;

İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndləri.\\\\milli.az