Azərbaycanda COVID-19-a görə ərzaqçatdırma xidməti işə salınır - RƏSMİ

Azərbaycanda COVID-19-a görə ərzaqçatdırma xidməti işə salınır - RƏSMİ Sosial

Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınacaq.


News24.az xəbər verir ki, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalarda öz əksini tapıb.


Qaydada alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması tapşırılıb.

Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görüləcək.