Azərbaycanda daha bir möhtəşəm - ASAN Xidmət kompleksi tikildi – VİDEO
Sosial
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamına əsasən inşa olunan Kürdəmir "ASAN Xidmət" mərkəzinin tikintisi başa çatıb.
News24.az -ın məlumatına görə, kompleksdə əsas işlər demək olar ki, yekunlaşıb. Burada uşaq əyləncə mərkəzləri ilə yanaşı, istirahət guşələri də fəaliyyət göstərəcək.
Mərkəzdə 2 ədəd 170 tonluq su anbarı və qazanxana binası tikilib, TİR avtomobiləri üçün dayanacaq yaradılıb.
Mərkəz Azərbaycanın ən böyük magistral yolu olan Bakı-Qazax avtomobil yolunun üzərində yerləşdiyi üçün burada əlavə digər bölmələr də fəaliyyət göstərəcək.
Yeni tikilmiş və yaxın günlərdə açılışı olacaq ASAN Xidmət mərkəzinin görüntülərini təqdim edirik.