Azərbaycanda deputat mandatından məhrum edildi

Azərbaycanda deputat mandatından məhrum edildi Sosial

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Qəzənfər Abdullayev mandatından məhrum edilib.

News24.az xəbər verir ki, oktyabrın 1-də Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MR) iclası keçirilib.

İclasda VII çağırış Ali Məclisin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.

Onun müraciəti qanunvericiliyə uyğun qaydada MSK-da araşdırılıb və deputat mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.

MSK Q.Abdullayevin ərizəsini nəzərə alaraq Naxçıvan MR Konstitusiyasının və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" muxtar respublikanın qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib./Report