Azərbaycanda faciə: Yaşlı qadın evdə diri-diri yandı

Azərbaycanda faciə: Yaşlı qadın evdə diri-diri yandı Sosial
Ağcabədidə üç otaqlı yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi rayonunda ümumi sahəsi 72 m², qamışdan ibarət birmərtəbəli 3 otaqlı yaşayış olan tikili yanıb
.
Yanğının kəşfiyyatı zamanı 1944-cü il təvəllüdlü Ələmşahova Şərəfnisə Xasay qızının meyiti aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

//Avropainfo.az