İctimai nəqliyyatda yenilik olacaq - RƏSMİ

İctimai nəqliyyatda yenilik olacaq - RƏSMİ Sosial

Azərbaycanda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi ilə bağlı müzakirələr davam edir. Belə bir sistemin sərnişinlərin müxtəlif nəqliyyat vasitələrindən daha rahat və çevik istifadə etməsinə imkan verəcəyi gözlənilir. Hazırda ictimai nəqliyyatda ödəniş əsasən “BakıKart” sistemi üzərindən həyata keçirilir. Lakin ölkənin digər iri şəhərlərində nəqliyyat infrastrukturu, tariflər və sərnişin tələbatları bir-birindən fərqlənir.

Maraqlıdır, ictimai nəqliyyatda vahid ödəniş sisteminin yaradılması istiqamətində yenilik varmı?

News24.az məsələ ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlayıb. Qrumdan sorğumuza cavab olaraq bildirildi ki, bütün imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür:

"Sözügedən məsələyə ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edildikdən sonra baxıla bilər".