Azərbaycanda quzu əti bahalaşdı

Azərbaycanda quzu əti bahalaşdı Sosial

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.

News24.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.

Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.