Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 12 %-dən çox azaldı

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 12 %-dən çox azaldı Sosial

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyard 902 milyon 210,35 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

News24.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 266 milyon 937,08 min ABŞ dolları və yaxud 12,3 % azdır.

Hesabat dövründə avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 14,25 %-ni təşkil edib.

Xatırladaq ki, 9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.