Azərbaycanın məşhur xalq artisti - VƏFAT ETDİ
Sosial
Tanınmış teatr və kino aktyoru Ramiz Məlik 80 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu sosial şəbəkə hesabında məlumat verib.
R. Məlik 1943-cü il, avqustun 4-də Bakıda anadan olub.
Səhnə fəaliyyəti dövründə kino və teatrda bir sıra yaddaqalan obrazlar yaradıb.
Onların arasında Marsel ("Hamlet", Uilyam Şekspir),
Aqşin ("Od gəlini", Cəfər Cabbarlı),
Barat ("Almaz", Cəfər Cabbarlı),
Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), eləcə də "Babək", "Qanun naminə", "Doğma sahillər" və digərlərini göstərmək olar.
Qeyd edək ki, Ramiz Məlik xərçəng xəstəliyindən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
