Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin - MÜNSİFLƏR HEYƏTİNDƏ

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin - MÜNSİFLƏR HEYƏTİNDƏ Sosial
11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə  fizika və astronomiya kateqoriyası üzrə “Böyük  Mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.

Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən  IX – XI  sinif şagirdlərindən ibarət  komandalar iştirak edir. 

2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda  İSEF-də Azərbaycanı uğurla təmsil edir.