Azərbaycanlı gənc Polşada vəfat etdi
Sosial
Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.
News24.az xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib.
Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş.
Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır./24News.ge