“Azəriqaz” sədri vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Sosial
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, onun yerinə sədrin müavini Azər Məmmədov təyin edilib.
“Azəriqaz” İB məlumatı təsdiqləyib.
(Fotoda Azər Məmmədov)