"Azəriqaz”ın növbəti “Açıq mikrofon”u İmişlidə olacaq

"Azəriqaz”ın növbəti “Açıq mikrofon”u İmişlidə olacaq Sosial

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası bu dəfə İmişli rayonunun Kürdmahmudlu kəndində keçiriləcək.

Bu barədə News24.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, sayca 10-cu olacaq aksiyada vətəndaşların problem və təklifləri dinləniləcək.

"Səyyar qəbul otağı" 7 avqust saat 11:00-dan 13:00-a qədər vətəndaşların üzünə açıq olacaq.