Aztəminatlı ailələrə şad xəbər - Sosialyönümlü xərclər artdı
Sosial
2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclər 15.3 milyard manatı ötüb.
News24.az xəbər verir ki, bu, “Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Bildirlib ki, 2025-ci il ərzində məcmu olaraq sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövial proqramları və tədbirlərinin icrası, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (201 və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı xərclər) dövlət büdcəsi xərclərinin 39,5 fa həcmində və ya 15254,2 milyon manat məbləğində icra olunmuşdur ki, bu da 2024-cu müqayisədə 601,5 milyon manat və ya 4,1 faiz çoxdur. pizza mizza
2021-ci illə müqayisədə 2025-ci ildə sosialyönlü xərclər 3877,8 milyon manat və ya 34,1 faiz artıb.
Sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 9090,0 milyon manat (2024-cü illə müqayisədə 683,5 milyon manat və ya 8,1 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4746,3 milyon manat (2024-cü illə müqayisədə 493,3 milyon manat və ya 11,6 faiz çox), qida məhsullarının alınması və təminatı üzrə xərclərə 414,7 milyon manat, dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 141,0 milyon manat (2024-cü illə müqayisədə 14,2 milyon manat və ya 11,2 faiz çox), əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin icrası ilə bağlı xərclərə 775,9 milyon manat, digər sosial tədbirlər üzrə xərclərə 86,3 milyon manat vəsait yönəldilib. /Yeni Sabah/