AzTV-nin sədr müavini vəzifəsindən getdi
Sosial
AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.
News24.az bildirir ki, AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı KONKRET.az-a təsdiqləyib.
O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilis dilli telekanala rəhbər təyin edilib.
Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.