AzTV sədri Dilarə Səlimi işdən çıxardı
Sosial
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik olub.
News24.az xəbər verir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə "Mədəniyyət" kanalının direktoru Dilarə Səlim vəzifəsindən azad edilib.
Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub. Sezar pizza
Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.
D.Səlim 2024-cü ilin yanvarında “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin olunmuşdu. (Konkret.az)