Azyaşlıya psixotrop maddə iddiası – Valideynlər danışdı – VİDEO

Azyaşlıya psixotrop maddə iddiası – Valideynlər danışdı – VİDEO Sosial

Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddialar yayılıb.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məsələ ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop maddə aşkarlanıb.

Ətraflı RTV-nin sujetində: