Şöbə rəisi vəzifədən azad edildi
Sosial
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.
News24.az xəbər verir ki, qurumun Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib.
Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov Əmr imzalayıb.
Qurumdan sayta bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib.
Digər Əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb.
Qeyd edək ki, Pərviz Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı./Manset.az