Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ

Babək Niftəliyevə VƏZİFƏ VERİLDİ Sosial

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.

News24.az xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. O uzun müddət idi ki, sözügedən musiqi təhsili müəssisəsində müəllim olaraq çalışırdı. (Bakivaxtı.az)