Badamdar sakinlərinə ŞAD xəbər - 2020-ci ildə həllini tapacaq

Badamdar sakinlərinə ŞAD xəbər - 2020-ci ildə həllini tapacaq Sosial

Səbail rayonu Badamdar qəsəbəsində Üçüncü massiv adlanan ərazidə su və kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılıb.  

İşlərin aparıldığı əraziyə gələn Azərsu mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı News24.az -a bildirib ki, aparılan işlər 10 mindən çox insanın su və kanalizasiya problemlərinin həllinə yönəlib.  

Qurum rəsmisinin sözlərinə görə, işlərin tam olaraq 2020-ci ilin ilk rübündə yekunlaşacağı planlaşdırılır.