Bakıda yol təmiri sürətlənir – 18 küçədə işlər yekunlaşdı

Bakıda yol təmiri sürətlənir – 18 küçədə işlər yekunlaşdı Sosial

Bakının bütün inzibati rayonlarında 108 küçə və prospektdə təmir işləri aparılır.

Bunu News24.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına istinadən xəbər verir.

Təmir proqramı çərçivəsində ümumilikdə 835 min 912 kvadratmetr yol sahəsinin yenilənməsi nəzərdə tutulub.

Bildirilib ki, hazırda 18 küçə və prospektdə təmir işləri başa çatdırılıb, daha 8 ünvanda isə işlər davam etdirilir. Qalan küçə və prospektlərdə təmir-bərpa işlərinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.