Bakı metrosunda nə baş verir? - Foto - YENİLƏNDİ 2
Sosial
"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.
*** 08:44
Xəbər verdiyimiz kimi, səhər saatlarında metrounun fəaliyyətində problem yaranıb.
News24.az xəbər verir ki, hadisə ilə bağlı Bakı Metropoliteni məlumat yayıb.
""İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunacaq. Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir", məlumatda bildirilib.
*** 08:35
Bakı metropoliteninin fəaliyyətində problem yaranıb.
News24.az-ın məlumatına görə, hazırda qatarların hərəkəti bütün istiqamətlər üzrə tamamilə dayanıb.
Yaranan problem 30 dəqiqədən çoxdur davam edir.