Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını - TƏKZİB ETDİ

Bakı polisi AXCP üzvünün saxlanılması iddiasını - TƏKZİB ETDİ Sosial
“AXCP-nin Yevlax rayon təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.

Bu barədə News24.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur: “Heç bir dəqiqləşdirmə aparılmadan yayılıb, iddialar dezinformasiyadır”.