Bakı- Sumqayıt yolundakı qəzada - 5 NƏFƏR XƏSARƏT ALIB

Bakı- Sumqayıt yolundakı qəzada - 5 NƏFƏR XƏSARƏT ALIB Sosial
Səhər saatlarında Bakı-Sumqayıt yolunda toqquşan iki avtobusda xəsarət alanların vəziyyəti normaldır.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, avtoqəza zamanı xəsarət alan  50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.