Bakıda 125 nömrəli avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yolda qaldı

Bakıda 125 nömrəli avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yolda qaldı Sosial

Bakının 28 May-Lökbatan istiqamətində hərəkət edən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda texniki nasazlıq yaranıb.

News24.az xəbər verir ki, hadisə saat 23:20 radələrində marşrut xəttinin Şıxov çimərliyi yaxınlığından keçən hissəsində baş verib.

Texniki nasazlıq səbəbindən avtobusun hərəkəti dayanıb və sərnişinlər avtobusdan düşürülüb.

Sərnişinlərin mənzil başına çatdırılması üçün xəttə əlavə avtobus cəlb edilib. /Trend.az/

Bakıda 125 nömrəli avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yolda qaldı