Bakıda 2 min manatlıq velosiped - OĞURLANDI

Bakıda 2 min manatlıq velosiped - OĞURLANDI Sosial
Bakının Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped oğurlanıb.

News24.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.