Bakıda 32 km uzunluğunda yol yeniləndi

Bakıda 32 km uzunluğunda yol yeniləndi Sosial

Bakı şəhərində 111 küçə və prospektin təmiri nəzərdə tutulub.

News24.az AAYDA-ya istinadən xəbər verir ki, artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib.

Bildirilib ki, hazırda 20 küçədə təmir işləri davam etdirilir.

Qeyd edilib ki, genişmiqyaslı təmir proqramına daxil olan digər küçə və prospektlərdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.