Bakıda ağac qırılıb qadının - ÜSTÜNƏ DÜŞDÜ

Bakıda ağac qırılıb qadının - ÜSTÜNƏ DÜŞDÜ Sosial
Bakıdakı küləkli hava daha bir bədbəxt hadisəyə səbəb olub. 

News24.az-ın xəbərinə görə, paytaxtın Səbail rayonunda filarmoniyanın yaxınlığında küləkdən ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə
düşüb. Xəsarət alan şəxs təcili yardımla 1 saylı Kliniki Mərkəzə çatdırılıb.

Səhiyyə Nazirliyindən aldığımız məlumata görə, onun vəziyyəti orta ağırdır.