Bakıda dələduzluq edən - ŞƏXS SAXLANILDI

Bakıda dələduzluq edən - ŞƏXS SAXLANILDI Sosial
Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Mirzəyevin 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini E.Cəlilov saxlanılıb.