Bakıda düz xətti qırıq xəttə çevirdi - CƏRİMƏLƏNDİ

Bakıda düz xətti qırıq xəttə çevirdi - CƏRİMƏLƏNDİ Sosial

Bakıda yolda düz xətti özbaşına qırıq-qırıq xəttə çevirən cəzalandırılıb.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

51 yaşlı Rüstəm Həsənov (şərti adla) oğlu və 2 dostu ilə Maştağa qəsəbəsi R. Muradova küçəsinə gələrək, yolda dövlət qurumunun çəkdiyi əsas düz xətti özbaşına pozaraq, qırıq-qırıq xəttə çevirib. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirib, etdikləri əməlin qanunsuz olduğunu desələr də, Həsənov qanuni tələbə tabe olmayıb.

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokollar tərtib olunub.

R. Həsənov ifadəsində ikinci qrup əlil olduğunu və əməlindən peşman olmasını bildirib. O, bird aha belə hallara yol verməyəcəyini deyərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Məhkəmə onun əməlindən peşman olmasını və əlilliyini nəzərə alaraq, barəsində 150 manat məbləğində inzibati cərimə cəzası təyin edib. /Lent.az/