Bakıda güclü küləyin səbəbi bu imiş: Hələ davam edəcək - TARİX BƏLLİ OLDU
Sosial
Noyabrın 15-dən etibarən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Küləyin sürətinin artması paytaxtda gündəlik həyata da təsirsiz ötüşməyib. Belə ki, külək nəticəsində bir sıra ərazilərdə müxtəlif fəsadlar yaranıb, sakinlərə və nəqliyyatın hərəkətinə müəyyən çətinliklər yaşanıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar aidiyyəti qurumlar da vətəndaşlara diqqətli olmağı tövsiyə edir.
Maraqlıdır, ki, bəs yaxın günlərdə havanın temperaturu yenə enəcəkmi? Paytaxta qar yağmaq ehtimalı varmı?
Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, iqlim dəyişmələri nəticəsində dünyada hava prosesləri getdikcə daha qeyri-sabit xarakter alır. Onun sözlərinə görə, son dövrlər müşahidə olunan qeyri-adi hava hadisələri artıq təəccüb doğurmamalıdır:
"Çünki iqlim dəyişmələri, atmosfer proseslərinə təsir edən amillərin güclənməsi və okean cərəyanlarının istiqamət və sürətində baş verən dəyişikliklər müxtəlif hava şəraitlərinin yaranmasına səbəb olur. El-Nino kimi iqlim hadisələri də atmosfer proseslərinə təsir göstərən mühüm amillərdəndir. Bu proseslərin inkişafı və təsir dairəsinin dəyişməsi nəticəsində ayrı-ayrı regionlarda yağıntıların miqdarı, temperatur və küləyin xarakteri fərqli istiqamətlərdə dəyişə bilər.
Ekoloq qeyd edib ki, mövcud iqlim prosesləri Azərbaycanda da müxtəlif hava hadisələrinin, o cümlədən güclü yağış və qarın müşahidə olunmasına şərait yarada bilər:
"Bununla belə, El-Nino hadisəsinin inkişafı və şərq istiqamətində yayılması ilə bağlı proseslərin temperaturun kəskin aşağı düşməsinə təsir göstərə biləcəyini düşünmür. Noyabr ayında güclü küləklərin əsməsi, yağışın yağması, hətta qarın müşahidə olunması Azərbaycan üçün tamamilə yeni hadisə deyil. Əvvəlki illərdə də bu ayda oxşar hava şəraiti qeydə alınıb. Buna görə də konkret günlər üzrə hava şəraitinin necə dəyişəcəyini müəyyənləşdirmək üçün meteoroloji müşahidələrə və mütəxəssislərin proqnozlarına əsaslanmaq lazımdır. Hazırda müşahidə olunan güclü külək və digər qeyri-sabit hava hadisələri ümumi iqlim dəyişmələri prosesindən ayrı qiymətləndirilməməlidir".