Bakıda itkin düşən - 4 NƏFƏR TAPILDI

Bakıda itkin düşən - 4 NƏFƏR TAPILDI Sosial
Ötən gün paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 20 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 8, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.