Bakıda keçirilən Dünya Kuboku rekordlarla yadda qaldı
Sosial
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun ikinci gününün final seansı tarixi anlarla yadda qalıb.
ASF-dən News25.az-a verilən məlumata görə, növbəti yarış günündə 10 kateqoriya üzrə final yarışları keçirilib.
Günün əsas hadisəsinə Yeqor Kornev imza atıb. Rusiya təmsilçisi 100 metr məsafəyə sərbəst üsulla yarışda 44,84 saniyəlik göstərici ilə dünya rekordçusu Kayl Çalmersin nəticəsinə ortaq olub.
Kornev bununla yanaşı, 50 metr məsafəyə arxası üstə üsulu ilə yarışda 22,23 saniyəlik göstərici ilə Dünya Kubokunun rekordunu yeniləyib.
Azərbaycan təmsilçilərindən Fatimə Alkərəmova həlledici mərhələdə çıxış edib. O, 400 metr məsafəyə qarışıq üsulla yarışda qüvvəsini sınayıb və 7-ci olub.
İkinci günün final seansının nəticələri:
Kişilər
Arxası üstə üsulla 50 metr – 1. Yeqor Kornev, 2. Pavel Samusenko, 3. Piter Kutsi
Qarışıq üsulla 200 metr – 1. Luk Barr 2. Alberto Rassetti 3. Finley Noks
Brass üsulu ilə 50 metr – 1. Hayyanq Çin 2. Maykl Huli 3. Kirill Priqoda
Sərbəst üsulla 100 metr – 1. Yeqor Kornev 2. Kemeron Makevoy 3. Vasili Kukuşkin
Kəpənək üsulu ilə 200 metr – 1. Cuner Çen 2. So Oqata 3. Alberto Rassetti
Qadınlar
Qarışıq üsulla 400 metr – 1. Yitinq Yu, 2. Ebi Vud, 3. Mohan Çanq
Sərbəst üsulla 200 metr – 1. Şivon Hohey 2. Anna Peplovski 3. Yaqi Fan
Arxası üstə üsulla 100 metr – 1. Marit Stenberxen 2. Teylor Rak 3. Anna Peplovski
Kəpənək üsulu ilə 50 metr – 1. Ros Vanotterdayk 2. Sara Yunevik 3. Arina Surkova
Brass üsuli ilə 100 metr – 1. Mona Makşeri, 2. Yevgeniya Çikunova, 3. Eymi Kenni
Qeyd edək ki, Dünya Kuboku oktyabrın 1-3-də 44 ölkədən 216 idmançının iştirakı ilə Bakı Su İdmanı Sarayında keçirilir.