Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video

Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video Sosial

Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda pasiyent qadının üzərində heç bir anesteziya (ağrıkəsici) tətbiq edilmədən prosedurun aparıldığı aydın görülür.

Bununla yanaşı, tibbi və sanitar-gigiyena qaydalarının kobud şəkildə pozulduğu otaqda əməliyyat getdiyi an kənar bir şəxsin də içəri daxil olduğu kameraya düşüb.

Qeyd edək ki, sözügedən əməliyyatın konkret olaraq hansı tibb müəssisəsində hansı həkim tərəfindən icra edildiyi və görüntülərin hansı tarixdə çəkildiyi barədə məlumat yoxdur./Qafqazinfo/