Bakıda qız öz evindən 16 min dollar - OĞURLADI

Bakıda qız öz evindən 16 min dollar - OĞURLADI Sosial
Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da rayon ərazisindəki evlərin birindən 1000 manat və 16.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı və Bakı şəhər sakini Ə.Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.