Bakıda təqdim olunan şəhərsalma alətləri Barselonada nümayiş etdiriləcək
Sosial
Bakıda təqdim olunan Beynəlxalq Memarlar İttifaqının hazırladığı şəhərsalma alətləri İspaniyanın Barcelona şəhərində keçiriləcək Memarların Dünya Konqresində nümayiş etdiriləcək.
News24.az xəbər verir ki, bu barədə Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının prezidenti, memarlıq üzrə fəlsəfə doktoru Rui Leao Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, həmin alətlər dayanıqlı inkişaf məqsədlərinin şəhərsalma və memarlıq layihələrində daha səmərəli tətbiqinə xidmət edir.
Bildirilib ki, konqres iyunun 28-dən iyulun 1-dək keçiriləcək və tədbirdə dünyada urbanizasiya sahəsində mövcud çağırışlar müzakirə olunacaq.