Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşdı – YENİLƏNDİ

Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşdı – YENİLƏNDİ Sosial

Bakı şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.

Bu barədə News24.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

"İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, 30 mindən çox iştirakçı ilə Dənizkənarı Milli Park ərazisində yerləşən Saat Qülləsinin yaxınlığında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Bakıda keçirilən ictimai proqram WUF13 Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər silsiləsinin yekun mərhələsi olub.

**19:35

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivala Bakıda yekun vurulub.

News24.az xəbər verir ki, WUF13 Festivalının axşam proqramı Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında keçirilib.

Tədbirdə çıxış edən “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Tədbir konsert proqramı ilə davam edib.